“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən
“PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli
ləvazimatları ilə təmin etməyə başlayıb.

Trend xəbər
verir ki, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda
ünvanlı dövlət sosial yardımı alan 12 900-dən çox ailənin yeni
tədris ilində 1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları
ilə təmin etməyi nəzərdə tutur.

Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün
təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın
dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün
azaldılmasına yönəlib.




“PAŞA Holding” KSM tərəfindən təqdim edilən çanta, məktəbli
forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları
tərəfindən aztəminatlı ailələrə çatdırılır.

Layihə “PAŞA Holding”in cəmiyyətə dəyər yaratma və inklüziv
inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən
davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.