Lukaşenko Ukraynada sülhün perspektivləri haqda danışıb

Baş səhifə

Ukraynadakı hərbi münaqişənin tezliklə başa çatması məsələsi Avropa ölkələrindən və Volodimir Zelenskidən asılıdır.

APA xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonın bu fikrini “Belta” yayıb.

Məlumata görə, Belarus Prezidenti qeyd edib ki, ruslar amerikalıların dediklərini qəbul etməyə hazırdılar. “Biz bunu Rusiya Prezidenti ilə bir neçə dəfə müzakirə etmişik. Məsələ avropalılar və Zelenskinin üzərindədir. Onlar düşünürlər ki, Ukraynada müharibəni uda, qalib gələ bilərlər. Bu, heç vaxt olmayacaq”, – dövlət başçısı bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir