Elektron Təhlükəsizlik Xidmətindən kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib.

Trend
həmin müraciəti təqdim edir:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət
göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə
əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn
bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.




Dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta
veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə
endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları
təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və
digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.

ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları
mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə
daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir
halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış
platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin
doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir