Tacikistan Su konfransına ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Düşənbədə su konfransı keçiriləcək.

Trend xəbər verir
ki, bunu Tacikistanın xarici işlər nazirliyinin xarici iqtisadi
əməkdaşlıq idarəsinin rəhbəri Mənuçöhr Cabir Bakıda keçirilən
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“Baku Water Week”
– “Bakı Su Həftəsi”) “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”
mövzulu panel müzakirələrində çıxışı zamanı deyib.




“2018-ci ildə işə salınmış Düşənbə Su Prosesi qlobal öhdəlikləri
milli və regional reallıqlarla birləşdirən inklüziv və praktiki
təmayüllü platformadır. Bu proses çərçivəsində Tacikistan 2026-cı
ildə Düşənbədə Su Konfransına ev sahibliyi edəcək. Bu konfransın
həm 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək BMT-nin
Su məsələlərinə dair Konfransına hazırlıq mərhələsi, həm də 2028-ci
ildə Tacikistanda keçiriləcək BMT-nin Su Ehtiyatları üzrə
Konfransına gedən yolda mühüm addım olacağı gözlənilir”, – deyə o
bildirib.

Cabir qeyd edib ki, Tacikistan həm BMT çərçivəsində, həm də
ondan kənarda qlobal su diplomatiyasını və su gündəliyini fəal
şəkildə irəli sürür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir