Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində
Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd
oğlunun ailəsini ziyarət edib.

Trend xəbər
verir ki, şəhidin ailə üzvləri ilə görüşən təşkilat sədri 8 Noyabr
zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb,
bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu
vurğulayıb.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən
müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da
təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək
olmalıdır.




Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik
Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə
olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib.

Gəlişinə görə təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə
üzvləri Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz
qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür
ediblər.