
Bakı. Trend:
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə
mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar
müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan resusları
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən
“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları
ilə tanış ola bilərlər:
“Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi
kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test
imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51
bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 %
əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan
müəllimlərin əməkhaqqına tətbiq olunacaq”.