Azərbaycan Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyasının sədri, Çinlə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvü Ramid Namazov Çin Xalq Respublikasında
səfərdədir.

Parlamentdən Trend-ə bildirilib ki, səfərdə komissiya sədri Xarici
Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə
“Qlobal tərəfdaşlığın qurulması, davamlı inkişafa birgə töhfə
verilməsi” mövzusunda keçirilən Dostluq Mübadiləsi üzrə
Parlamentarilər Forumunda iştirak edəcək, forumun Pekin və Urumçi
şəhərlərində keçiriləcək tədbirlərinə qatılacaq.

Səfər sentyabrın 17-də başa çatacaq.