
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın baş
verməsi barədə məlumat daxil olub.
Trend-in
məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat
Xidməti bildirib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, açıq sahədə taxta
tullantılarının yandığı müəyyən edilib.
Yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində 500 kv.m. sahədə taxta tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

