
Bakı. Trend:
Federal Təhqiqatlar Bürosu (FTB) amerikalı sağçı fəal Çarli
Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər
hansı məlumata görə 100 min dollara qədər mükafat təklif edib.
Trend-in məlumatına görə, bu barədə FTB “X” sosial şəbəkəsində
yazıb.
“FTB Çarli Kirkin öldürülməsindən məsul olan şəxslərin müəyyən
edilməsinə və həbsinə gətirə bilən məlumatlara görə 100 000 dollara
qədər mükafat təklif edir”, – deyə qeyd olunub.