​Polşa Rusiyaya cavab olaraq sərhədə 40 min hərbçi yerləşdirir

Baş səhifə

Polşa Rusiya və Belarusun keçirəcəyi birgə “Zapad-2025” hərbi təlimləri ilə bağlı ölkənin şərq sərhədinə 40 min hərbçi yerləşdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik belə açıqlama verib. O bəyan edib ki, “Zapad-2025″ə lazımi cavab vermək üçün Polşa və NATO əsgərlərinə ehtiyac var. Tomçik vurğulayıb ki, Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması “Zapad-2025” təlimi ilə bağlıdır.

Polşa, Rusiya-Belarus birgə keçirəcəyi “Zapad-2025” hərbi təlimi ilə əlaqədar olaraq Belarusla sərhədini, o cümlədən dəmiryol keçidlərini bağlayacağını açıqlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir