Netanyahu Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyinə söz verib

Baş səhifə

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu dünyanın Fələstin
dövlətinin olmasının qarşısını almaq üçün verdiyi vədi yerinə
yetirəcəyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri İordan çayının qərb
sahilinə səfəri zamani deyib.




“Fələstin dövlətinin olmayacağına dair vədimizi yerinə
yetirəcəyik. Bu yer bizə məxsusdur. Biz irsimizi, torpağımızı və
təhlükəsizliyimizi qoruyacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, avqust ayında İsrail Mülki Administrasiyasının
planlaşdırma komitəsi İordan çayının qərb sahilində genişmiqyaslı
yeni qəsəbələrin tikintisini nəzərdə tutan E1 Layihəsini
təsdiqləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir