
Bakı. Trend:
ABŞ Ermənistana 145 milyon dollar yardım göstərmək
niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və
Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen
İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla
görüşündə bildirib.
“Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon
dollar verməyi planlaşdırırıq. Bu, “Trampın Beynəlxalq Sülh və
Rifah yolu” təşəbbüsü və avqustun 8-də əldə edilmiş müvafiq
razılaşmalar çərçivəsində ilk maliyyə tranşıdır.”, – deyə o qeyd
edib.
“Vəsaitlər ticarət, infrastruktur, kritik minerallar üçün
tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə investisiyaların
dəstəklənməsi üçün istifadə olunacaq”, – deyə Henrehen
bildirib.