İşdən çıxarıldığı deyilən aparıcıdan açıqlama

Baş səhifə

Jurnalist, aparıcı Səidə Bəkirqızının Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb.

Qeyd olunur ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələri onun işini itirməsinə səbəb olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, jurnalist yazılanların yalan olduğunu qeyd edib. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:

“Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq”, – deyə S.Bəkirqızı bildirib.

Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı “məcburi köçkünlərlə əlaqəli məsələ” əsassız olaraq şişirdilib:

“Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan “Xəbərin izində” proqramını aparıram”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.