Polşa Belarusla sərhədi bağlayıb

Baş səhifə

Polşa Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd keçid məntəqələrini bağlayıb.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri Marçin Kervinski məlumat verib.

“Gecə yarısı Belarusla sərhəddə nəqliyyatı bağladıq. Bu, “Zapad-2025″ təlimləri ilə əlaqədardır. Nəqliyyatın hərəkəti bərpa olunacaq, lakin yalnız polyakların təhlükəsizliyinin təmin olunduğuna əmin olduqdan sonra. İqtisadi nöqteyi-nəzərdən sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çalışacağıq”, – nazir mətbuat konfransında deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir