İsrailli diplomat: Qətər etməsə, İsrail HAMAS-ı özü qovacaq

Baş səhifə

“Qətər HAMAS hərəkatını pisləyib ölkədən çıxarmasa, İsrail bunu özü edəcək.”

APA xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

“Qətərin seçim etmək vaxtıdır. Ya Qətər HAMAS-ı pisləyəcək, təşkilatı ölkədən çıxaracaq və onu məsuliyyətə cəlb edəcək, ya da İsrail bunu özü edəcək”, – o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Qətər uzun müddətdir terrorçulara sığınacaq verib.