Culfada qəza olub, 4 nəfər ölüb

Baş səhifə

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanlardan 2 nəfəri polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.