Rusiya və Belarus orduları birgə strateji təlimlərə start verib

Baş səhifə

Belarus və Rusiya silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimləri başlayıb.

APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər hər iki ölkənin poliqonlarında və Baltik və Barents dənizlərinin sularında keçiriləcək.

“Bu il sentyabrın 12-də Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin “Zapad-2025″ birgə strateji təlimləri başlayıb. Bu təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir”, – məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir