
Bakı. Trend:
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirləri ilə
əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10
kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı
şəhər xəttində 12 sentyabr tarixində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər
ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli
Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli
küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.

