Lənkəranda saxlanılan narkokuryerdən 13 kq marixuana aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata
görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan
Ramazanlı saxlanılıb.

Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir
vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və
marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara
çatdırmağa razılaşdığı müəyyən edilib.




Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay
ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.