
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara
995,9 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi
ləvazimatlar satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1%
çoxdur.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət
dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları,
içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə
6,7% artıb.