
Bakı. Trend:
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə
işlərə start verilir
Trend-in
məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi,
məhəllə O-136 üzrə aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “SNT” inşaat şirkətinə
həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 9 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu “SNT” inşaat şirkəti 2009-cu ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 469,78 manat olan
şirkətin qanuni təmsilçisi Aslanov Süleyman Şəmsəddin oğludur.