Səkkiz ayda əhalinin benzin və dizelə xərclədiyi vəsaitin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 2,453 milyard manatlıq avtomobil benzini
və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən
məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 7,9% çoxdur.




Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin
yekunda xüsusi çəkisi 6,1% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin
yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.