
Bakı. Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank
Respublika-ya 25 milyon manat məbləğində kredit
ayırıb
Bakı, 12 sentyabr 2025-ci il – Azərbaycanın
maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına
davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan
Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq
maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf
Bankı (BSTDB) arasında yeni maliyyə sazişi
imzalanmışdır.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25
milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada
təqdim ediləcək.
““Milli valyutada kreditləşmə kiçik və orta
sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu,
sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı
şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq
yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın
qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji
addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar
yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi
dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və
rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan
qürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksal
bildirib.
“Bu vəsait “Bank Respublika”nın ölkə iqtisadiyyatında kiçik
və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə
onların dayanıqlı inkişafına, qeyri-neft sektorunun
gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni biznes
təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. “Bank Respublika”nın
geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın
bütün regionlarında fəaliyyət göstərən sahibkarların
dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və
İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb
olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta
sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə
iqtisadiyyatının inkişafına mühüm töhfə
verəcək.” deyə “Bank Respublika”nın İdarə
Heyətinin sədri Tariyel İsmayılov bildirib