
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 18,391 milyon ton
əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 912,8 min ton, yaxud da 4,7% azalıb.
Cari ilin sentyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 257,4 min
ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 1,9% azalıb.