Bakıda ağac qadının üzərinə aşdı

Baş səhifə

Bakı. Trend:

Dünəndən ölkəmizdə başlayan güclü külək ölkəmizdə bir sıra
fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin
aşması nəticəsində qadın xəsarət alıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
11.09.2025-ci il tarixində saat 15:00 radələrində Respublika Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu,
S.S.Axundov küçəsindən ağacın aşması səbəbilə çağırış qeydə
alınıb.




“Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın
cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə
yerində zəruri tibbi xidmət göstərilib”, – deyə məlumatda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir