“Mahmud Rəhimov” gəmisinin təmirdən sonra ilk səfəri Aktau limanına olub

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Mahmud Rəhimov”
universal quru yük gəmisi təmir olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, proses
çərçivəsində gəminin baş mühərrikləri yenisi ilə əvəz olunub,
köməkçi mühərriklər isə təmir edilib.

Bundan başqa, gəminin mexanizmləri, hava kompressorları
sazlanıb. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik
quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib,
yaşayış və xidməti otaqları, anbar qapaqları təmir edilib.




Təmir zamanı rabitə və elektroradionaviqasiya sahəsinə də aid
işlər görülüb. Gəmidə müasir, yeni 1 ədəd elektron xəritə
quraşdırılaraq, 2 ədəd VHF tipli daşınan əl radiostansiyası ilə
təchiz edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa
çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və Aktau
limanına doğru ilk səfərə yola salınıb.

Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni
16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir