Əhalinin içki və tütün məmulatlarına çəkdiyi xərc cüzi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara
1,738 milyard manat dəyərində içkilər və tütün məmulatları
satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1%
çoxdur.




İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda
xüsusi çəkisi 4,3% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən, 22,2
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları,
içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə
6,7% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir