Pakistanda daşqınlara görə iki milyondan çox insan təxliyə edilib

Baş səhifə

Pakistanın şərq hissəsində baş verən daşqınlar səbəbindən Punjab əyalətində iki milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.

APA xəbər verir ki, bu barədə BBC yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Fəlakətlərin İdarə Olunması üzə Milli agentliyin rəhbəri İnam Haider Malik jurnalistlərə bildirib ki, Sindh əyalətində əlavə 150,000 nəfər təxliyə olunub və gələn günlərdə bu rəqəmin artacağı ehtimal olunur.

Beynəlxalq Tibb Korpusu verdiyi son açıqlamada qeyd edib ki, iyunun sonundan bəri musson yağışları ölkə üzrə 900-dən çox insanın ölümünə səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir