Xaçmazın Yalama kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrinin
iştirakı ilə Yalama kəndində səyyar qəbul keçirib.

Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Yalama, Xanoba, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba,
Yaquboba və Zuxuloba kəndinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların
abadlaşdırılması, məktəb binasının təmiri, uşaq bağçası-körpələr
evində qrupların sayının artırılması və digər müraciətlər
səsləndiriblər.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.