
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 2,721 milyon
sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4
faiz çoxdur.
Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl
müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 5 faiz azalaraq 256,6 min ton
olub.

