
Bakı. Trend:
Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-avqust aylarında
daşınmış yüklərin həcmi 6,170 milyon ton təşkil edib.
Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici
əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çoxdur.
Məlumata görə, yüklərin 48,2 faizini neft yükləri təşkil
edib.
Bildirilib ki, dəniz limanları tərəfindən 8,857 milyon ton
həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7,083
milyon tonunu və ya 80 faizini tranzit yüklər təşkil edib.
Qeyd edilib ki, 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə
limanlarda qalan yüklərin həcmi 400,2 min ton olub. Dövr ərzində bu
nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq
dövrünə nisbətən 8 faiz azalaraq 17,2 min nəfər olub.