Polis paytaxtda 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb

Baş səhifə

Bakı. Trend:

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə
alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə
ümumilikdə 35 min 500 manatı ələ keçirilib.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, bu barədə zərərçəkənlər polisə müraciət
ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən
əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38
yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir