AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru
professor Gülçöhrə Məmmədova Türkiyənin İzmir Bakırçay
Universitetinin rektoru professor Mustafa Berktaş ilə görüşüb.
Görüşdə hər iki universitetin nümayəndə heyətləri də iştirak
ediblər.

Rektor Gülçöhrə Məmmədova universitet haqqında məlumat verərək
bildirib ki, bu il universitetin yaranmasının 50 illiyi ilə qeyd
olunacaq və bu dövürdə AzMİU böyük təcrübə qazanıb: “Azərbaycan
Memarlıq və İnşaat Universiteti ölkəmizin memarlıq, inşaat
mühəndisliyi, dizayn, kommunikasiya sistemləri mühəndisliyi və
digər sahələr üzrə ixtisaslı kadrların hazırlanmasında xüsusi rola
malikdir. Hazırda 7 fakültə, 30-dan çox ixtisas, 13 minə yaxın
tələbə və 500 çox akademik heyət üzvü ilə fəaliyyət göstəririk.
Universitetimiz həm tədris, həm də elmi-tədqiqat potensialı ilə
seçilir. Biz beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk.
Hazırda dünyanın nüfuzlu universitetləri ilə 150-yə yaxın
əməkdaşlıq müqaviləmiz, 13 ikili diplom proqramımız mövcuddur.
Məqsədimiz tələbələrimizi qlobal elmi-təhsil məkanının bir
parçasına çevirmək, tədqiqat yönümlü və beynəlxalq universitet
mövqeyimizi daha da gücləndirməkdir.”




Rektor Mustafa Berktaş isə çıxışında İzmir Bakırçay
Universitetininyeni yaranmasına rəğmən sürətli inkişafına diqqət
çəkib: “Bakırçay Universiteti gənc, dinamik və sürətlə inkişaf edən
ali təhsil müəssisəsidir. Biz qısa müddətdə Türkiyənin
sayılıb-seçilən universitetlərindən birinə çevrilmişik. Burada 7
fakültə, müxtəlif ixtisas proqramları, geniş tələbə auditoriyası və
güclü tədqiqat mühiti mövcuddur. Xüsusilə beynəlxalq əməkdaşlığa,
mübadilə proqramlarına və birgə layihələrin həyata keçirilməsinə
böyük əhəmiyyət veririk. Azərbaycan Memarlıq və İnşaat Universiteti
ilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. İnanırıq ki, bu
əməkdaşlıq həm universitetlərimiz, həm də ölkələrimiz arasındakı
elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət
edəcək.”

Görüşdə nümayəndə heyətlərinin üzvləri də çıxış edərək
əməkdaşlığın perspektivləri barədə fikirlərini bildiriblər.
Müzakirələr zamanı ilkin olaraq əməkdaşlıq üçün yol xəritəsinin
hazırlanması və Orhun proqramı çərçivəsində müəllim və tələbə
mübadiləsinin həyata keçirilməsi üçün lazımi prosedurların yerinə
yetirilməsi barədə razılıq əldə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir