Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür – Stef Qoris (Özəl)

Baş səhifə

Bakı. Trend:

Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı
əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir,
ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika
şirkətləri Orta dəhlizə maraq göstərirlər

Bunu Belçika-Azərbaycan ticarət palatasının sədri Stef Qoris
Trend-ə verdiyi
müsahibədə deyib.

“Missiyanın iştirakçıları arasında Belçikanın iri intermodal
şirkəti və beynəlxalq ekspeditoru olan “MOVE Intermodal” şirkətinin
baş direktoru Lyuk Drissen də yer alırdı. O, Bakıda və marşrutun
digər sahələrində – ta Çinə və Uzaq Şərqə qədər olan ərazidə, birgə
fəaliyyətin inkişafı üçün biznes-tərəfdaş axtarır. Belçikalı
şirkətlər də məhz indi bunu kəşf edirlər”, – deyə Stef Qoris
bildirib.

Palata sədri əlavə edib ki, “MOVE Intermodal” böyük ehtimalla
“Helman Worldwide Logistics” ilə uğurlu razılaşmaya nail olacaq.
“Bu çox böyük bir razılaşma ola bilər. Şirkət Bakıya ilk dəfə gəlib
və əvvəllər Azərbaycanda heç vaxt fəaliyyət göstərməyib. Biz
onların səfərini təşkil etdik, üç–dörd gün ərzində işgüzar görüşlər
keçirdik və konkret nəticələr əldə etdik ki, bu da əhəmiyyətli bir
nailiyyətdir”, – o vurğulayıb.

Belçika şirkətləri xüsusi olaraq mettalurgiya sahəsinə maraq
göstərirlər.




“Metallurgiya dedikdə biz təkcə qalvanasiya deyil, əlvan
metalların istehsalı, onların emalı, təkrar istifadəsini nəzərdə
tuturuq”, – Stef Qoris bildirib. Missiya çərçivəsində “Azer
Aluminium” şirkəti və direktoru Maksim Poladovla məhsuldar görüş
baş tutub.

Səfər zamanı həmçinin SOCAR və SOCAR Azerikimya-nın baş
qərargahında ZINGAMETALL (ZINGA), “MOVE Intermodal”, “John
Cockerill Hamon” və “Sarens Group” şirkətlərinin iştirakı ilə
görüşlər keçirilib.

Missiyanın vacib nəticələrindən biri sənaye materiallarının və
avadanlıqların təchizatı və tətbiqi üzrə ixtisaslaşmış Azərbaycan
şirkəti – “Polad Texno” ilə əldə olunan razılaşmadır. Şirkət
gələcəkdə belçikalı “ZINGAMETALL” şirkətinin, qoruyucu örtüklər və
metal materiallar istehsalçısının məhsullarının distribyutoru
olmağa hazırlaşır. “Polad Texno” məhsulların yerli bazarda
mövcudluğunu təmin edəcək və onların tətbiqi üzrə ekspert dəstəyi
göstərəcək.

S.Qoris həmçinin növbəti ticarət missiyasını yazın yaxınlarında
təşkil etməyi planlaşdırdıqlarını bildirib.