Makroiqtisadi dayanıqlılıq üzrə effektiv icra və gələcək planlar dəyərləndirildi

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında
və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər
Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi
dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Trend
Mərkəzi Banka istinadən xəbər verir.

İclasda Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi,
İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu
və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.




İşçi qrupunun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini
Əliyar Məmmədyarov giriş nitqi ilə çıxış edərək Strategiya
çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə
əldə olunmuş nəticələr barədə məlumat verib, növbəti dövrlərdə də
aidiyyəti tədbirlərin səmərəli icrası üçün bütün səylərin
göstərilməsinin zəruri olduğunu vurğulayıb.

Daha sonra, işçi qrupunun sədr müavini, İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini
Ayaz Müseyibov təqdimatla çıxış edərək, 2025-ci ilin ilk yarımili
ərzində görülmüş işlər və əldə olunmuş nəticələr ilə bağlı ətraflı
məlumat verib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3
fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin
2025-ci ilin ilk yarımili üzrə monitorinq və qiymətləndirmə
nəticələri, həmçinin həyata keçirilən fəaliyyətlərin
effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun
üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr
aparılaraq növbəti addımlar müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir