Aeroportdan şəhərə taksi kəskin bahalaşdı –

Baş səhifə

Bakı aeroportunda yalnız bir taksi şirkətinə şərait yaradılması qiymətlərin kəskin bahalaşmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, sosioloq Elçin Bayramlı bildirib ki, həmin şirkətin taksiləri sərnişinləri şəhərə 50-70 manata aparır.

Onun sözlərinə görə, yüksək qiymətə görə bir çox sərnişin yükləri ilə birlikdə magistral yola qədər piyada gedərək oradan taksi sifariş etməyə məcbur qalır. Bayramlı vəziyyətin dərhal nəzarətə götürülməsini və digər taksilərə də işləməyə icazə verilməsini vacib sayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.