
Bakı. Trend:
Bir neçə gün əvvəl vəfat etmiş məşhur modelyer Corco Armaninin
varisləri onun şirkətini ictimai bazara və ya satışa çıxara
bilər.
Trend bu barədə
İtaliya KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, Armani vəsiyyətində, ölümündən sonra 18 ay
ərzində şirkətinin səhmlərinin 15 faizinin, növbəti 3-5 il ərzində
30-54,9 faizinin (eyni alıcıya) satılması barədə sərəncam
verib.
Modelyer prioritet alıcılar arasında “L’Oreal”, “LVMH” və
“EssilorLuxottica” üstünlük verilməsini istəyib.
Bundan əlavə, Armani vurğulayıb ki, varislər ilkin səhmlərin
yerləşdirilməsini İtaliyada və ya digər böyük bazarda həyata keçirə
bilərlər.
Dizayner şirkətin səsvermə hüququna malik səhmlərinin 40 faizini
öz silahdaşı və tərəfdaşı Pantaleo Del’Orkoya, 30 faizini 2016-cı
ildə təsis etdiyi “Fondazione Giorgio Armani” fonduna, 15 faizini
isə biznesinin müxtəlif sahələrinə rəhbərlik edən bacısı və qardaşı
övladlarına vəsiyyət edib. Digər qohumlar isə səsvermə hüququ
olmayan səhmləri miras alıblar.

