
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 463,1 min ton ağ
neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 32,4 min ton və ya 7,5% çoxdur. Ötən ilin yanvar-avqust
aylarında ölkədə cəmisi 430,7 min ton ağ neft istehsal
olunmuşdu.
Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 49,9
min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.