Aİ İrəvanda Ermənistan–Türkiyə görüşünü alqışlayıb

Baş səhifə

Avropa İttifaqı İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən 6-cı görüşü müsbət qarşılayıb.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında bildirib.

“Bu günün dinamikası və açıqlamaları ruhlandırır”, – o qeyd edib.

Qrono əlavə edib ki, Avropa İttifaqı regiondakı tərəfdaşlar arasında normallaşma və sülh proseslərini yaxından izləyir və onların davamlı sülh, regional əməkdaşlıq, artan əlaqə və barışıq istiqamətində səylərini dəstəkləməyə davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir