TANAP-ın gələcək inkişafı üçün məqsəd və prioritetlər açıqlandı

Baş səhifə

Bakı. Trend:

İstanbulda “SOCAR Türkiye” və Trans-Anadolu Təbii Qaz Boru
Kəmərinin (TANAP) Direktorlar Şurasının iclasları keçirilib.

Trend bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir.

“SOCAR Türkiye”nin iclasında şirkətin il üzrə fəaliyyətinin
hərtərəfli qiymətləndirilməsi aparılıb. Əsas layihələr, strateji
vəzifələrin həyata keçirilməsində irəliləyişlər və yaxın gələcək
üçün investisiya planları müzakirə edilib.




İştirakçılar regional və qlobal enerji tendensiyalarının
şirkətin fəaliyyətinə təsirini qeyd edərək, “SOCAR Türkiye”nin
davamlı inkişafa, innovativ həllərin tətbiqinə və bazarda
mövqeyinin möhkəmlənməsinə sadiqliyini vurğulayıblar.

TANAP-ın İdarə Heyətinin iclasında diqqət mərkəzində layihənin
əldə etdiyi nailiyyətlər, onun Türkiyə və Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfəsi olub. Qaz
kəmərinin əməliyyat uğurları və regional enerji arxitekturasında
strateji rolu qeyd edilib.

İclas iştirakçıları, həmçinin, TANAP-ın gələcək inkişafının
məqsəd və prioritetlərini, o cümlədən, yeni iş sahələrini və
uzunmüddətli hədəfləri açıqlayıblar.