Fernando Alonso Azərbaycan Qran Prisində Formula 1 tarixində yeni rekorda imza atacaq

Baş səhifə

Bakı. Trend:

Aston Martin komandasının sürücüsü Fernando Alonso Formula 1
tarixində yeni səhifə açmaqda davam edir.

Trend-in
məlumatına görə, ikiqat dünya çempionu qarşıdan gələn Azərbaycan
Qran Prisində karyerasının 418-ci yarışına çıxaraq, çempionat
tarixində start sayına görə rekordunu bir daha yeniləyəcək. 22-ci
mövsümünü keçirən ispan pilot hələlik idmandan ayrılmağı
planlaşdırmır.




Alonso azarkeşlərin ən çox xatırladığı 2012-ci ildə Valensiyada
qazandığı qələbəni xüsusi vurğulasa da, özü üçün 2011-ci ildə
Malayziyada baş tutan yarışı önəmli hesab etdiyini bildirib. Onun
sözlərinə görə, həmin yarışda ciddi sürət qutusu problemləri ilə
üzləşməsinə baxmayaraq, finişi 6-cı pillədə tamamlayıb və komanda
yoldaşı Felipe Massadan 20 saniyədən çox geri qalıb.

Qeyd edək ki, Fernando Alonso 2016-cı ildə Bakıda keçirilən ilk
Formula 1 yarışının – o vaxt Avropa Qran Prisi adlanırdı – ulduz
səfiri olub. 2025-ci il Azərbaycan Qran Prisi sentyabrın 19-dan
21-dək baş tutacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir