Polşa mərmi istehsal edəcək zavod tikəcək

Baş səhifə

Bakı. Trend:

Polşa hökuməti Britaniyanın “BAE Systems” şirkətinin texnologiya
və bilik transferi ilə 155 mm-lik artilleriya mərmiləri istehsal
edəcək zavodun yaradılmasını təsdiqləyib.

Trend-in
“Telegraph”a istinadən verdiyi məlumata görə, BAE əsas
texnologiyaları və istehsal təcrübəsini Polşanın dövlət silah
konserni PGZ-yə verəcək. Yeni müəssisənin istehsal gücünün ildə
təxminən 180 min mərmi olması gözlənilir.




Polşanın Baş naziri Donald Tusk bildirib ki, layihə ölkənin
müdafiə potensialını və NATO-nun şərq cinahındakı qüvvələrini
əhəmiyyətli dərəcədə gücləndirəcək. Yeni zavodda istehsal
prosesində BAE-nin Uelsdəki partlayıcı maddələr zavodunda tətbiq
olunan avtomatlaşdırma üsulları tətbiq olunacaq.

Məsələ regionda təhlükəsizlik gərginliyinin artdığı bir vaxta
təsadüf edir — bu addım, çərşənbə günü Polşa hava məkanında Rusiya
dronlarının vurulmasından sonra NATO-nun regiona əlavə qoşun və
silah yerləşdirməsinin fonunda atılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir