
Rusiya-Ukrayna danışıqlarına fasilə verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiyanın danışıqlara maraqlı olmasına baxmayaraq, Avropa ölkələri Ukraynada sülhün əldə edilməsi səylərinə mane olur. Bəyanatda qeyd edilir ki, Avropanın Rusiya-Belarus birgə keçirdiyi “Zapad” hərbi təlimi ilə bağlı narahatlığı Rusiyaya qarşı düşmənçiliyə əsaslanan emosional reaksiyalardır. Kremlin açıqlamasında görə, Rusiya Avropa üçün təhlükə yaratmır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın səylərindən sonra Rusiya və Ukrayna arasında danışıqlar intensivləşmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.