
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərinə
cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiya qüvvələri
göndərməyi planlaşdırır.
Trend-in
məlumatına görə, Tramp bu barədə “Fox News” telekanalına
müsahibəsində bildirib.
“Mən bunu deyən ilk insan olacağam: biz Memfisə gedirik. Memfis
ciddi problemlə üzləşən növbəti şəhərdir və mer bundan razıdır. O,
demokratdır və Tennessi ştatının qubernatoru da bütün çətinliklərə
baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi,
vəziyyəti düzəldəcəyik”, – deyə Tramp vurğulayıb.

