Meksika Prezidenti ABŞ agentlərinin əməliyyatlarda iştirak etdiyi xəbərləri təkzib edib

Baş səhifə

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) agentlərinin ölkədə narkotik kartelinin
liderlərini həbs etmək üçün Meksika ordusu ilə birgə əməliyyatlarda
iştirak etdiyi barədə yayılan xəbərləri yalan sayıb.

Trend-in
məlumatına görə, Klaudiya Şeynbaum bu açıqlamanı gündəlik mətbuat
konfransı zamanı verib.




“Bu, tamamilə yalandır. MKİ agentlərinin Meksika ordusunun
əməliyyatlarında iştirakı doğru deyil”, – deyə o bildirib.

Prezident əlavə edib ki, ABŞ agentliklərinin malik olduğu
məlumatlarla bağlı yalnız Mexiko və Vaşinqton arasında koordinasiya
və əməkdaşlıq mövcuddur. Bu məlumatlar təhlükəsizlik kabinetinin
strukturlarına ötürülür və təsdiqləndikdən sonra əməliyyatlar
yalnız müdafiə, donanma, ictimai təhlükəsizlik və vətəndaşların
müdafiəsi nazirlikləri və ya prokurorluq tərəfindən həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir