Konor Makqreqor UFC turnirində iştirak edə bilər

Baş səhifə

Bakı. Trend:

Konor Makqreqor 2026-cı ilin iyununda Ağ Evin ərazisində
keçirilməsi planlaşdırılan UFC turnirində iştirak edə bilər

Trend xəbər verir
ki, UFC Prezidenti Dana Uayt buna ümid etdiyini bildirib.




“Görəcəyik hər şey necə gedir. Fevralda kardı yığmağa
başlayacağam. Hər şey plana uyğun getsə, Konor həmin kardda ola
bilər”, – Uayt qeyd edib.