
Bakı. Trend:
Finlandiyanın Hərbi Hava Qüvvələri sentyabrın 22–26-da
“Protective Fence 25” (“Müdafiə sərhədi 25”) adlı genişmiqyaslı
təlimlər keçirəcək.
Trend-in
məlumatına görə, təlimlərdə təxminən 1200 hərbçi və 50-yə yaxın
təyyarə iştirak edəcək.
Payız mövsümündə Finlandiyada keçiriləcək ən böyük uçuş təlimi
olan manevrlərə fin hərbçiləri ilə yanaşı, İsveç və Danimarkanın
hərbi hava qüvvələrinin heyəti də qatılacaq. Təlimlər Finlandiyanın
əsas aviabazalarını, Oulu, Vaasa, Kokkola-Pietarsaari hava
limanlarını və İsveçin Luleo şəhərindəki Kallax aviabazasını əhatə
edəcək.
Təlimlərdə “F/A-18 Hornet” qırıcıları, “Hawk” təlim-döyüş
təyyarələri, NH90 helikopterləri, “Dornier 228” müşahidə
təyyarələri, eləcə də İsveçin “JAS 39 Gripen” qırıcıları və İsveçlə
Danimarkadan olan “C-130 Hercules” nəqliyyat təyyarələri iştirak
edəcək.
Təlimlərin məqsədi müdafiə qabiliyyətini möhkəmləndirmək və
genişmiqyaslı hava əməliyyatlarını müxtəlif məntəqələrdən icra
etməkdir. Uçuşlar Rovaniemi, Kayaani, Kuopio, Jyvaskyla, Vaasa
bölgələrində və Botniya körfəzi üzərində həyata keçiriləcək,
proqram alçaq uçuşlar, səsdən sürətli manevrlər və radioelektron
mübarizə vasitələrini əhatə edir.