EuroBasket 2025: Türkiyə Yunanıstanı məğlub edərək finala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Riqada (Latviya) 2025-ci il basketbol üzrə Avropa çempionatının
yarımfinal oyunu Yunanıstan və Türkiyə milli komandaları arasında
keçirilib.

Trend-in
məlumatına görə, qarşılaşma 94:68 hesabı ilə Türkiyənin xeyrinə
başa çatıb və beləliklə, Türkiyə komandası finala yüksəlib.




Türkiyə millisində ən məhsuldar oyunçu 27 yaşlı mərkəz Ercan
Osmani olub. O, 28 xal, 6 ribaund və 2 məhsuldar ötürmə ilə
fərqlənib. Yunanıstan yığmasında isə ən məhsuldar oyunçu 35 yaşlı
qolçu Kostas Sloukas olub; o, 15 xal, 3 ribaund və 4 məhsuldar
ötürmə edib.

Finalda Türkiyə Almaniya ilə qarşılaşacaq.