Oman və BƏƏ elektrik şəbəkələrini birləşdirir

Baş səhifə

Bakı. Trend:

Oman ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) elektrik enerjisi
şəbəkələrini birləşdirmək məqsədilə Körfəz Elektrik Rabitəsi Şurası
ilə “Sohar International Bank” arasında 500 milyon ABŞ dolları
dəyərində mərhələli maliyyələşdirmə sazişi imzalanıb.

Trend-in
məlumatına görə, layihə çərçivəsində BƏƏ-də Sila stansiyası ilə
Oman Sultanlığında Əbri stansiyası arasında 400 kilovoltluq
ikidövrəli elektrik xətti çəkiləcək.

Xəttin ümumi uzunluğu 530 kilometr təşkil edəcək. Bundan başqa,
Əbridə və BƏƏ-nin Beynunə bölgəsində hərəsi 400 kilovolt
gərginlikli iki ötürmə stansiyası inşa olunacaq. Stansiyalar
ümumilikdə 1600 meqavat güc təmin edəcək.




Layihə bölgədə enerji təhlükəsizliyinin gücləndirilməsinə,
Körfəz Əməkdaşlıq Şurası üzv ölkələri arasında enerji ticarətinin
artırılmasına və elektrik sistemlərinin etibarlılıq və
davamlılığının yüksəldilməsinə xidmət edəcək.

Körfəz Elektrik Rabitəsi Şurasının İdarə Heyətinin sədri Muhsin
bin Həmd əl-Həzrəmi layihəni Körfəz ölkələrinin elektrik
şəbəkələrinin inteqrasiyasında keyfiyyətcə yeni mərhələ
adlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir