
Bakı. Trend:
Qazaxıstan Silahlı Qüvvələrinin quru qoşunlarının döyüş
hazırlığı proqramı çərçivəsində “Qərb” və “Şərq” regional
komandanlıqlarının qoşunlarının iştirakı ilə Manqistau vilayətində
“Aybalta-2025” ikitərəfli əməliyyat-taktiki komanda-qərargah təlimi
keçiriləcək.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər çərçivəsində bir sıra vilayətlərin ərazisi üzrə qüvvə
və vasitələrin hərəkəti planlaşdırılır. Bölmələr — şəxsi heyət və
hərbi texnika — kombinə edilmiş qaydada dəmir yolu və avtomobil
nəqliyyatı ilə hərəkət edəcək, daha sonra daimi dislokasiya
məntəqələrinə qayıdacaqlar.

